AZ

Ombudsman bələdiyyə seçkilərində səsvermə prosesində iştirak edib

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Səbinə Əliyeva 23 saylı Nəsimi-Səbail seçki dairəsinin13 saylı seçki məntəqəsində səsvermə prosesində iştirak edib.

Bu barədə Trend-ə Ombudsman Aparatının Mətbuat xidmətindənməlumat verilib.

Bildirilib ki, səsvermədən sonra jurnalistlərə müsahibə verənMüvəkkil bələdiyyə seçkiləri ərəfəsində Ombudsman Aparatıtərəfindən həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumatverib.

Ombudsman ölkəmizdə yaradılmış seçki məntəqələrindəmüşahidələrin aparıldığını bildirib, bütün məntəqələrdə seçkiprosesinin təşkili, seçicilərin səsvermədə sərbəst iştirakı iləbağlı zəruri addımların atıldığını qeyd edib. Eyni zamanda,əlilliyi olan şəxslərin fərdi qaydada öz iradələrini müstəqilşəkildə ifadə edə bilmələri məqsədilə bir sıra məntəqələrdəpandusların quraşdırıldığını bildirib.

Səbinə Əliyeva ötən illərdəki müsbət təcrübə nəzərə alınaraq,Müvəkkil, Ombudsman Aparatının və regional mərkəzlərin, o cümlədənNaxçıvan Muxtar Respublikasının Ombudsman Aparatının əməkdaşlarınınparlamentə növbədənkənar seçkilərdə müşahidəçi qismində seçkiməntəqələrində, o cümlədən hərbi hissələrdə, penitensiarmüəssisələrdə təşkil olunan məntəqələrdə və digər qapalımüəssisələrdə müstəqil olaraq, özlərinin təşəbbüsü ilə müşahidəapardıqlarını qeyd edib.

Seçkilərin gedişatı ilə bağlı ictimaiyyətə geniş məlumatveriləcək.

Məqalədə:
Seçilən
18
3
az.trend.az

2Mənbələr