AZ

Ötən il sığorta ödənişlərinin 74 faizdən çoxu “PAŞA Həyat” və “PAŞA Sığorta” şirkətlərinin payına düşüb

2024-cü ildə “PAŞA Həyat Sığorta” ASC tərəfindən 594 milyon 399 min manat sığorta haqları hesablanmış, 418 milyon 779 min manat sığorta ödənişləri həyata keçirilmişdir.

Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir.

Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə “PAŞA Həyat Sığorta” tərəfindən 517 milyon 467 min manat sığorta haqları hesablanmış, 266 milyon 164 min manat sığorta ödəniləri həyata keçirilmişdi. 

2024-cü ildə “PAŞA Sığorta” ASC tərəfindən isə 317 milyon 559 min manat sığorta haqları hesablanmış, 141 milyon 291 min manat sığorta ödənişləri həyata keçirilmişdir. 2023-cü ildə bu rəqəmlər müvafiq olaraq  293 milyon 90 min manat və 144 milyon 12 min manat təşkil etmişdi.

Ötən il “PAŞA Həyat Sığorta” və “PAŞA Sığorta” şirkətləri tərəfindən birlikdə 911 milyon 958 min manat sığorta haqları hesablanmış, 560 milyon 70 min manat sığorta ödənişləri həyata keçirilmişdir.  Ötən il bütün sığorta şirkətləri tərəfindən 1 milyard 353 milyon 185 min manat sığorta haqları hesablanmış, 752 milyon 712 min manat sığorta ödənişləri həyata keçirilmişdir. Beləliklə, ötən il sığorta bazarında hesablanmış sığorta haqlarının 67,4 faizi, sığorta ödənişlərinin isə 74,4 faizi “PAŞA Həyat Sığorta” və “PAŞA Sığorta” şirkətlərinin payına düşüb.

Seçilən
6
marja.az

1Mənbələr