ABŞ-nin Florida ştatında 100-ə qədər azyaşlının iştirak etdiyi spirtli içkili məclisdən sonra məktəb direktoru həbs edilib.
Medianews.az “SvobodnayaPressa”ya istinadən xəbər verir ki, hadisə yanvarın 19-da baş verib.
Həmin vaxt qonşular polisə müraciət ediblər. Evin yerli məktəblərdən birinin direktoru Elizabet Hill-Brodiqana məxsus olduğu müəyyən edilib.
Polis eyni zamanda həmin məktəbin müəllimi Karli Andersonu valideyn vəzifələrinə etinasızlıqda, habelə yetkinlik yaşına çatmayanların cinayət törətməsinə töhfə verməkdə ittiham edərək saxlayıb.