Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub.
İdarədən Viral.az-a verilən xəbərə görə, Masallı rayon sakini Ceyhun Ağayevin idarə etdiyi “Hyundai” markalı avtomobil Ələt-Astara yolu üzərində yerləşən stasionar posta saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı Ceyhun Ağayevin narkotik maddə qəbul etməsi müəyyən olunub və o, narkotik istifadəçisi olduğunu etiraf edib.
Faktla bağlı toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.
Son Yazılar:
- Narkotik çəkən sürücü saxlanıldı – VİDEO
- Təyyarə qəzasını araşdırmaq asan deyil
- Əməkdar artistin qızına evlilik təklifini belə etdi
Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək günahsız insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.