AZ

Millinin Xorvatiya ilə oyun üçün heyəti açıqlanıb

Avropa çempionatının əsas mərhələsində yanvarın 31-də səfərdə Xorvatiya ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisi bakıdakı hazırlıq mərhələsini başa vurub.

Apasport.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, baş məşqçi Vitali Borisov səfərə aparacağı yekun heyəti müəyyənləşdirib.

Heyət belədir: 

Emin Kürdov, Xəzər Ağalızadə, Ülvi Əliyev (hamısı "Araz-Naxçıvan"), Rövşən Hüseynli ("Astana", Qazaxıstan), Fərid Abbasov, Tofiq Mikayılov, Kənan Manafov, Oktay Rüstəmli, Nihad İsmayılov, Nurlan Mehdizadə (hamısı "Baku Fire"), Emil Həsənzadə, Fərid Atakişiyev, Mirzə Əmirov ("Neftçi"), İlham Aalıyev ("Şuşa").

Qeyd edək ki, millimiz bu gün Bakı-İstanbul-Zaqreb reysi ilə Xorvatiyaya yola düşəcək.

"Qarabağ" daha bir legioneri ilə vidalaşır - EKSKLÜZİV

Felipe Santos: "Neftçi" ilk oyunda feyr-pleyə əməl etsəydi..."

"Şahruddin topu uzaqlaşdıra bilmədiyi üçün narazılıq edirdi" - Müsahibə

Latviya Virsliqasının prezidenti Peşəkar Futbol Liqasının qonağı olub

"Sabah"dan yeni transfer - Rəsmi

Seçilən
26
11
apasport.az

10Mənbələr