AZ

35 yaşlı qadın qətlə yetirildi: həyat yoldaşı saxlanıb

35 yaşlı qadın qətlə yetirildi: həyat yoldaşı saxlanıb

Hadisə ilə bağlı Sumqayıt şəhər prokurorluğu məlumat yayıb.Məlumatda deyilir ki, yanvarın 29-u saat 4 radələrində Sumqayıt şəhəri ərazisində 1993-cü il təvəllüdlü Səbinə Babışovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.Araşdırma zamanı 1989-cu il təvəllüdlü Ağabala Babışovun yaşadıqları evdə bıçaqla xəsarətlər yetirərək arvadı Səbinə Babışovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ağabala Babışov iş üzrə şübhəli şəxs qismində tutulub.İbtidai istintaq davam edir.***Sumqayıtda qətl hadisəsi baş verib.Hadisə şəhərin 12-ci mikrorayon adlanan ərazisində qeydə alınıb.32 yaşlı Səbinə Babışova səhər saatlarında bıçaqla qətlə yetirilib. Hadisəyə görə əri Ağababa Babışov şübhəli bilinir.Cütlüyün iki azyaşlı övladı var.Faktla bağlı araşdırma aparılır.

Seçilən
19
1
afn.az

10Mənbələr