Bakı,TurkicWorld
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada PKK/YPG-nin maliyyə strukturunda idarəçi vəzifəsində çalışan Şiraz Ömər adlı terrorçuya qarşı əməliyyat keçirib.
TurkicWorld xəbər verir ki , MİT-in apardığı kəşfiyyat işləri nəticəsində yeri müəyyən edilən terrorçu təqib edilib.
Suriyada Rumeylan-Malikiye yolunda aparılan əməliyyat nəticəsində PKK/YPG üzvü Ömər zərərsizləşdirilib.
Şiraz Ömər 2012-ci ildə təşkilata qoşulub. O, təşkilatın Suriya administrasiyası olan Rojava Katibliyində iştirak edib.