AZ

Azərbaycana qarşı qərəzli olan Qəzvin imamı istefa verib

İranın Qəzvin şəhərinin imamı, Azərbaycan əleyhinə fəaliyyətlərdə iştirak edən Əbdül Kərim Abedini istefa verib. Bu barədə İRNA xəbər verib.

İstefanın səbəbi bilinmir, lakin qeyd olunur ki, imamın özü bunu xahiş edib.

Xatırladaq ki, yanvarın 25-də Azərbaycan Xarici İşlər Nazirliyi İranın müvəqqəti işlər vəkilini çağırıb. Onun diqqətinə çatdırılıb ki, Ərdəbilin imamı Seyid Həsən Amelinin Ərdəbildə keçirilən görüşdə səsləndirdiyi təhqiramiz ifadələr, Ameliyə dəstək kampaniyası və bir sıra din xadimlərinin, o cümlədən Qəzvin imamının Azərbaycan əleyhinə aksiyalarda iştirak fəaliyyətləri qəbuledilməzdir.

 Ülviyyə, Hurriyyet.az

Seçilən
34
21
hurriyyet.az

10Mənbələr