Bakı, TurkicWorld
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB), Suriyanın şimalında yerləşən Barış bulağı bölgəsində 14 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, nazirlikdən verilən məlumatda Türk Silahlı Qüvvələrinin bölgədəki əməliyyat nəticəsində terrorçuları zərərsizləşdirdiyi bildirilib.
"Qəhrəman Türk Silahlı Qüvvələrimiz Suriyanın şimalındakı Barış bulağı bölgəsində aşkar etdiyi 14 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Mübarizəmiz terrorçular bu coğrafiyadan yox olana qədər qətiyyətlə və qərarlılıqla davam edəcək". - deyə açıqlamada bildirilib.