"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2024-cü ildə turizm şirkəti "Silk Row" MMC-ni (Silk Row Travel) mülkiyyətinə keçirib.
"Marja" xəbər verir ki, bu barədə aviaşirkətin 2023-cü il üzrə maliyyə hesabatında bildirilir.
Adı çəkilən şirkət "Silk Way Holding" MMC-yə daxil idi.
"01 May 2024-cü il tarixində AZAL 50 manat qarşılığında xalis öhdəliyi 7 min 703 manat olan (audit edilməmiş) "Silk Rovv" MMC-ni törəmə müəssisə kimi əldə edib",- hesabatda deyilir.