Bakı, 29 yanvar, AZƏRTAC
"Hər şey ən yüksək səviyyədə təşkil olunub".
Bu sözləri AZƏRTAC-a açıqlamasında 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsinin katibi Rauf Məmmədov deyib.
"Məntəqə üzrə 1434 seçicidən 400-ü istədiyi namizədə səs verib. Seçkilər əhalinin yüksək fəallığı şəraitində, demokratik və ədalətli keçirilir. Heç bir problem qeydə alınmayıb" - deyə R.Məmmədov qeyd edib.