AZ

Rusiyada narkotiklə zəhərlənmiş qızın meyiti qarajların arxasında tapılıb

Rusiyada

Leningrad vilayətinin Murino şəhərində qarajın yaxınlığında 21 yaşlı qızın meyiti aşkar edilib. “Ulusum”.az xəbər verir ki, bu barədə Telegram kanalı məlumat yayıb.Müşahidə kameralarının görüntüləri əsasında müəyyən edilib ki, yanvarın 23-də iki nəfər qızın bədənini qarajın yanına gətirib. Ekspertiza qızın zəhərli maddələrdən ölməsini təsdiqləyib.Atası qızının yoxa çıxmasından narahat olaraq yanvarın 24-də onunla əlaqə saxlamağa çalışıb, lakin nəticə əldə edə bilmədiyi üçün polisə müraciət edib. Məlumata görə, yanvarın 22-də qız mənzilini siqnalizasiya sisteminə qoşub. Həmin gün valideynləri şəhərdən gedib, axşam isə qızın telefonu sönüb və onunla əlaqə kəsilib. Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır.Səidə

Diqqət Çəkənlər

Gəlin və Qaynana Qarşıdurması: Əbədi Problem

Sabah Türkiyə, Azərbaycan və Özbəkistan arasında üçtərəfli görüş keçiriləcək

Hindistanlı qadın mobil telefonu udaraq həyatını itirib

Seçilən
13
ulusum.az

1Mənbələr