Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.
O bildirib ki, Azərbaycanda idarəetmə islahatları keçirilməlidir:
“Seçkili orqan və digər təyinatlı orqanlar arasında ciddi bir idarə etmə fərqi yaranmalıdır. Amma ənənəvi olaraq, bizdə təyinatlı qurumlara dövlət idarə etmə sisteminə üstünlük verildiyinə görə bələdiyyələrə hələ ki, təcrübə sahəsi kimi qalıb. Amma bu il ilkin olaraq biz nəyə müşahidə edirik?Bu seçkilərin Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra yaranmış siyasi, iqtisadi və fiziki formalaşan abu-hava üzərindən həyata keçilməsi önəmlidir.
İkincisi, çağırışlar var ki, ölkəmizin suverenliyi bərpa olunubsa, istər-istəməz müharibədən sonra prezidentlik idarəetmə institutunun müəyyən nümayəndəlikləri meydana çıxıb. Onların hüquqi əsaslandırılmasına yönəlik addımlar atılmalıdır.
Üçüncüsü, ənənəvi idarəetmə sisteminin əlaməti olan icra hakimiyyətləri sisteminə də yeni baxış sərgilənməsinə ehtiyac olması tez-tez gündəmə gəlir”.
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2021/5/6/1/81f7a931-6027-4e79-b5a8-1e4d25b070b7/eziz_elibeyli.jpg)
Siyasi şərhçi qeyd edib ki, bu mənada indiki bələdiyyələrin effektiv fəaliyyət mexanizmini həyata keçirmək üçün onların sayıları azaldılıb və mərkəzləşdirilib:
“Düşünürəm ki, bu bələdiyyələr, kifayət qədər büdcəyə sahib olmaqla və böyük resurslar və ərazilər əhatə etməklə əvvəlkilərdən fərqlənəcək.
Digər mühüm məsələ isə bu ola bilər ki, bələdiyyələrin səlahiyyətlərinə yenidən baxılma prosesi də onların sisteminin payına düşəcək. Bu isə onunla ələqədardır ki, artıq zaman yetişib, bələdiyyə seçkilərindən sonra ölkəmizdə gözlənilən referendum kimi mühüm dövləti adımlar reallaşarsa, o zaman bu, indi baş tutacaq bələdiyyələrin ölkənin siyasi idarəetməsində müstəqilləşməsi və mühüm əhəmiyyət kəsb etməsinə şahid olacağıq”.
Leyla Turan
Demokrat.az
10Mənbələr
-
turkustan.azTramp dünyanı şoka saldı – “Türk NATO-su” yaratmasaq… ( 15360947)
-
axar.azTramp dünyanı şoka saldı – “Türk NATO-su” yaratmasaq… ( 15360135)
-
moderator.azTrampın və Putinin müharibə strategiyası dünyanı hara aparır? ( 15329425)
-
redaktor.azTramp fələstinliləri başqa yerə köçürüb, Qəzzada yəhudi məskəni qurmaq istəyir - AÇIQLAMA ( 15324413)
-
yenicag.azTramp DÜYMƏYƏ BASDI: “Qəzzadan fələstinliləri köçürmək istəyir” ( 15320217)
-
moderator.azTRAMP NİYƏ QƏZZANI İSTƏYİR? – Əsl səbəbi məlum oldu ( 15315895)
-
herbiand.azMetyu Brayza: “Tramp Əliyevlə sülh sazişini yekunlaşdıra bilər” ( 15314753)
-
nocomment.azTramp-Netanyahu görüşünün nəticəsi: “Yaxın Şərqin Rivierası” – TƏHLİL ( 15306635)
-
baki-xeber.comYUNESKO əyri-üyrü işlərinə görə Tramp islahatlarının qurbanı oldu... ( 15305121)
-
azadmedia.azTramp-Netanyahu görüşünün nəticəsi - “Yaxın Şərqin Rivierası” - TƏHLİL » AzadMedia.az ( 15301149)