Bakıda ötüşən avtobuslar toqquşdu: 6 maşına ziyan dəydi, YARALI var - VİDEO
Bu gün Bakının Yeni Günəşli qəsəbəsində zəncirvari yol qəzası olub.
Demokrat.az xəbər verir ki, hadisə vaxtı eyni istiqamətdə hərəkət edən 2 marşrut avtobusu və 2 minik avtomobili toqquşub. Nəticədə qəzaya uğrayan avtobuslar yoldan çıxaraq səkiyə doğru istiqamətləniblər.
Bildirilir ki, hadisə 50 saylı marşrut xətti üzrə eyni istiqamətdə hərəkət edən avtobuslar ötüşərkən baş verib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
XXXX
Bakının Suraxanı rayonu, Günəşli qəsəbəsində sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkədə yayımlanıb.
Qeyd olunub ki, 50 nömrəli xətt üzrə hərəkət edən avtobus yol kənarındakı arakəsməyə çırpılıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli bildirib ki, hadisə bu gün saat 14:00-da baş verib:
"İlkin məlumata əsasən, hadisə nəticəsində altı nəqliyyat vasitəsinə ziyan dəyib. Belə ki, 50 nömrəli xətt üzrə hərəkət edən avtobus digər beş nəqliyyat vasitələrinə çırpılıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb", - deyə R. Əhmədli bildirib.