Suriyanın yeni lideri Əhməd əl-Şaraa Rusiya nümayəndələri ilə danışıqlar zamanı keçmiş prezident Bəşər Əsədin ekstradisiyasını da tələb edib.
Bu barədə “Reuters” Suriyanın “Sana” agentliyinə istinadən məlumat yayıb.
Danışıqlardan məlumatlı olan suriyalı mənbə bildirib ki, Əhməd əl-Şaraa Moskvadan dekabrda devrildikdən sonra Rusiyaya qaçan keçmiş Suriya prezidenti Bəşər Əsədi təhvil verməyi xahiş edib.
"Cebheinfo.az"