AZ

Britaniyanın əhalisi 2032-ci ilə qədər 72 milyonu ötəcək

Bakı. Trend:

Böyük Britaniyanın əhalisi qarşıdakı yeddi il ərzində təxminən 5milyon nəfər artacaq.

Trend “TheIndependent”ə istinadla xəbər verir ki, bu barədə BöyükBritaniyanın Milli Statistika İdarəsi (ONS) məlumat yayıb.Bildirilib ki, bu artımın əsas səbəbi net miqrasiya olacaq.

Britaniya əhalisinin sayı 2022-ci ilin ortasındakı 67,6milyondan 2032-ci ilin ortasına qədər 72,5 milyona çatacaq. Ənsürətli artım isə İngiltərədə gözlənilir, burada əhali sayı 7,8faiz artacaq. Müqayisə üçün Uelsdə bu göstərici 5,9 faiz,Şotlandiyada 4,4 faiz, Şimali İrlandiyada isə 2,1 faiz olacaq.

ONS, həmçinin daha uzunmüddətli proqnozlar təqdim edib. 2022-ciilin ortasından 2047-ci ilin ortasına qədər olan 25 il ərzindəBöyük Britaniyanın əhalisi 8,9 milyon nəfər artaraq, 13,2 faizlikümumi artım göstərəcək. Lakin bu, 1997-2022-ci illər arasındakı 25illik dövrdəki 9,3 milyon nəfər (15,9 faiz) artımla müqayisədə dahaaşağı bir göstəricidir.

Seçilən
6
3
az.trend.az

3Mənbələr