AZ

Daha bir şirkət barəsində protokol tərtib edildi

"Ural-Z Vvod" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

İş Binəqədi Rayon Məhkəməsinin hakimi Elçin Ağayevin icraatındadır. Baxış iclası fevralın 6-da keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 30 Yanvar 2025, 08:21   
Seçilən
91
2
pravda.az

10Mənbələr