AZ

Polkovnik və eks-bölmə müdiri həbsdən buraxıldı

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov və eyni idarənin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınov ev dustaqlığına buraxılıb.

Ölkə.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsi belə qərar qəbul edib.

Məhkəmə zabitlərin vəkillərinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlərini əsaslı hesab edib.

Qeyd edək ki, E.Məmmədov və R.Laçınov ötən ilin avqustunda həbs edilmişdilər. Onlar mənimsəmə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma cinayətlərində ittiham edilirlər.

Fotoda: Rəhim Laçınov

Seçilən
39
25
olke.az

10Mənbələr