“Real”ın baş məşqçisi Karlo Ançelotti komandasının Çempionlar Liqasının Liqa mərhələsindəki çıxışı haqda danışıb.
Yenisabah.az xəbər verir ki, Madrid təmsilçisi 8 turun nəticələrinə əsasən, 1/8 finala vəsiqə qazanmağı bacarmayıb. Sıralamada 11-ci yeri tutan "kral klubu" mübarizəni pley-offda davam etdirəcək.
Ançelotti buna görə ÇL-in yeni formatını tənqid edib:
“Yeni format... Həddən artıq çox matç oynanılıb. Bu cür lazımsız oyunları ləğv etməliyik. Yeni formatı bəyənib-bəyənməməyimin fərqi yoxdur. Məsələ futbolçuların üzləşdiyi çətinliklərdir. Lakin yenə də bu Çempionlar Liqasını qəbul etməli və yola davam etməliyik”.
Telegram kanalımız