AZ

Almatıdan Mumbaya birbaşa uçuşlar açılacaq

Bakı, TurkicWorld

Almatı ilə Hindistanın paytaxtı arasında yeni reyslər 2025-ci il aprelin 20-dən fəaliyyətə başlayacaq.

TurkicWorld xəbər verir ki, Air Astana 2004-cü ildə Hindistan bazarına daxil olduqdan sonra aviaşirkət öz iştirakını durmadan genişləndirir.

Almatı-Mumbay marşrutu üzrə uçuşlar Airbus ailəsinə məxsus təyyarələrdə həftədə üç dəfə: bazar, çərşənbə və cümə axşamı günləri yerinə yetiriləcək. Səyahət vaxtı Almatıdan 4 saat 50 dəqiqə, əks istiqamətdə isə 4 saat 20 dəqiqə olacaq.

“Biz əminik ki, işgüzar səyahətçilər və turistlər Qazaxıstan və Hindistanın iki ən böyük ticarət mərkəzi arasındakı marşrutda təklif olunan yüksək xidmət səviyyəsini qiymətləndirəcəklər”, - deyə Air Astana-nın baş icraçı direktoru Peter Foster bildirib.

Qeyd edək ki, “Air Astana” həmçinin 2025-ci il iyunun 1-dən Almatı – Frankfurt marşrutu üzrə yeni reys açmağı planlaşdırır.

Seçilən
29
turkic.world

1Mənbələr