Bakı. Trend:
Böyük Britaniyanın paytaxtı Londonda yerləşən Kraliça MeriUniversitetində (Queen Mary University of London) yeni tələbələrüçün məlumat xarakterli “Xoş gəldiniz sərgisi” (Welcome Fair)təşkil olunub.
Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.
Bildirilib ki, tədbirdə universitetdə fəaliyyət göstərən 75tələbə cəmiyyəti öz ölkələrinin mədəniyyətlərini sərgiləyib.
Universitetdəki Azərbaycan Cəmiyyətinin rəhbəri, dövlət proqramıçərçivəsində universitetdə təhsil alan Müjgan Bayramova, üzvlərLəman Məcid, Rəsul Abdullayev və universitetin digər azərbaycanlıtələbələri Fərhad Qaraisa və Ayan Şəfi ölkəmizə aid stendhazırlayıblar. Burada Azərbaycana, xüsusilə də Qarabağa dairkitablar, milli xalçalar, kəlağayı, buta naxışları ilə bəzədilmişarmudu stəkanlar, samovar, milli musiqi alətləri, kiçik suvenirlərvə milli papaqlar nümayiş etdirilib.
Tədbir zamanı 100-ə yaxın ziyarətçi milli şirniyyatlarımızdandadıb, Azərbaycanın qədim tarixi, mədəniyyəti, zəngin millimətbəxi, abidələri haqqında geniş məlumat alıb. Böyük maraqlaqarşılanan stend həm universitet heyəti, həm də tələbələrtərəfindən ən gözəl ekspozisiya seçilib.