AZ

Qəzzaya qayıdan fələstinlilərin sayı 500 mini keçdi – “Əl-Cəzirə”


Son bir neçə gündə 500 mindən çox fələstinli Qəzza zolağının şimalına qayıdıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, on minlərlə sakin Fələstin anklavının cənubundan şimalına doğru 30 km-lik marşrutu piyada keçib.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin qeyd etdiyi kimi, bu, yanvarın 27-də sahil yolu və Salah-əd-Din yolunun açılmasından sonra mümkün olub.
Belə ki, bazar ertəsi gecə İsrail hakimiyyət orqanları Fələstinin HƏMAS hərəkatının yanvarın 25-də girovların ikinci qrupu ilə birlikdə azad etməli olduğu İsrail vətəndaşı Arbel Yehudun sağ olması ilə məlumat aldıqdan sonra İsrail ordusu fələstinlilərin anklavın şimalına qayıtmasına icazə verib.
Arbel Yehudun bu gün, yanvarın 30-da əsgər Aqam Berger və adı hələ açıqlanmayan başqa bir girovla birlikdə evə dönəcəyi gözlənilir.
Seçilən
8
yeniavaz.com

1Mənbələr