TikTok-un gücü bir xizək kurortunu iflic edib.
News24.az xəbər verir ki, İtaliyanın Rokkaraso qəsəbəsindəki xizək kurortu sosial mediada yayılan görüntülərdən sonra həftə sonu 10 min günlük səyahətçi ilə dolub və xaos yaranıb.
Neapolda yerləşən tur şirkətləri fenomenin yazılarından ilhamlanaraq ucuz turlar təşkil edib. Təxminən 220 avtobusla Rokkarasoya gələn izdiham, xizək enişlərində qaydalara tabe olmamaqda günahlandırılıb. Bildirilib ki, ziyarətçilərin bir qismi əllə düzəldilmiş xizəklərlə relslərdə təhlükə yaradıb, digərləri isə açıq yerlərdə manqal yandıraraq zibillərini ətrafa qoyublar.
Roccaraso Bələdiyyə Başçısı Francesco di Donato bu vəziyyətin böyük təhlükə riski yaratdığını ifadə edərək, avtobusların icazəsiz girişlərinə məhdudiyyət qoyulduğunu açıqlayıb.
Günel Məlikzadə