AZ

Deputat: Regionlarda qeyri-hökumət təşkilatlarının sayında ciddi azalma müşahidə olunur

Regionlarda qeyri-hökumət təşkilatlarının sayında ciddi azalma müşahidə olunur.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Naqif Həmzəyev komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, əvvəllər Gəncə şəhərində 50-ə yaxın qeyri-hökümət təşkilatı var idisə, indi, bu say 3-5-dən yuxarı deyil:

“Hesab edirəm ki, gənclərin mənzil problemi də həll edilməmiş qalır. Hesab edirəm ki, gənclərin güzəştli ipotekadan yararlanması üçün müvafiq qanunvericiliyə dəyişiklik lazımdır”.

Seçilən
29
1
report.az

5Mənbələr