AZ

Ayxan Abbasov: “Daha əvvəldən Adil Nağıyevlə bağlı şübhələnmişdik”

“Adil Nağıyevin davranışı komandaya ağır zərbə sayılır”.

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis son olaraq "Şamaxı"da çıxış edən və danışılmış oyunlarda iştiraka görə futboldan ömürlük uzaqlaşdırılan Adil Nağıyevlə bağlı çıxarılan qərarla bağlı danışıb: "Daha əvvəldən klub olaraq bu məsələ ilə bağlı şübhələnmişdik. Mövcud durumu araşdırmaları üçün AFFA-ya müraciət etmişdik. 3 aya yaxın idi ki, bu işlə bağlı araşdırmalar davam edirdi. Təbii ki, Adil Nağıyevə görə çox üzülürəm. Karyerasına da ağır zərbə oldu. Lakin Adilin bu davranışı komandaya da ağır zərbə sayılır. Hər zaman bu yöndə maarifləndirici təbirlər həyata keçirilir ki, futbolçular oyun alqı-satqısından uzaq olsunlar. Artıq qərar verilib. Məncə, əlavə şərhə ehtiyac yoxdur".

İdman.biz

Seçilən
7
idman.biz

1Mənbələr