AZ

Bakıda vətəndaşın 2000 manatını talayan şəxs tutulub

Nəsimi və Yasamal rayonunda quldurluq və oğurluqda şübhəli bilinən 2 şəxs saxlanılıb.

Nəsimi rayonu ərazisində bir nəfərin 2000 manatının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı S.İsmayılov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində yerləşən evlərin birinin damından elektrik naqili oğurlamaqda şübhəli bilinən 38 yaşlı E.Əhmədovun müəyyən olunaraq saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.

Seçilən
41
27
operativmedia.az

10Mənbələr