Fələstinin “İslami Cihad” təşkilatı İsraillə əlavə mübadilə çərçivəsində bu gün azad ediləcək iki israilli girovu müttəfiqlərinə təhvil verib.
Bu barədə təşkilatın hərbi qanadı olan “Səraya əl-Qüds” qruplaşmasının “Telegram” kanalında məlumat verilib.
“İsrailli girovlar Arbel Yehud və Qadi Mozes müttəfiqlərə təhvil verilib və İsraillə razılaşma çərçivəsində bu gün azad ediləcəklər”, – məlumatda qeyd olunur.