AZ

Yol polisinə tabesizlik göstərən “Bentley” sürücüsü həbs edildi - 10-LU-222

Bakıda sərxoş vəziyyətdə avtomobil idarə edən sürücüsü həbs edilib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Sənan Atakişiyev idarə etdiyi Bentley markalı, 10-LU-222 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün Səbail rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman sürücü yol polislərinə tabesizlik göstərməyə cəhd edib.

Avtomobil idarə edərkən sərxoş vəziyyətdə spirtli içkinin təsiri altında olan sürücü barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Müvafiq qərarla sürücü 15 gün müddətinə inzibati qaydada həbs edilib.

 

Fərid

Seçilən
10
1
avtosfer.az

2Mənbələr