AZ

Azərbaycan İsveçrə ilə vergi sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Bakı. Trend:

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DövlətVergi Xidməti (DVX) və İsveçrənin Federal Vergi Administrasiyasıarasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib.

Dövlət Vergi Xidmətinidən Trend-ə verilən məlumata görə, bu, DVX rəisi,Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA)prezidenti Orxan Nəzərlinin İsveçrənin Federal VergiAdministrasiyasının baş direktoru Tamara Famatr ilə videoformatdagörüşü zamanı baş tutub.

Bildirilib ki, görüşdə ikitərəfli əlaqələrin inkişafetdirilməsinin prioritet istiqamətləri, tərəfdaşlığıngücləndirilməsi imkanları və beynəlxalq əməkdaşlığın təşviqi barədəmüzakirələr aparılıb. Tərəflər həm IOTA çərçivəsində birgəfəaliyyətin şaxələndirilməsi məsələləri, həm də ikitərəflisəviyyədə vergi sahəsində təcrübə mübadiləsi və yeni əməkdaşlıqimkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikirlərinibölüşüblər.

Məlumata görə, görüşdə IOTA-nın fəaliyyətinin genişləndirilməsivə maliyyə dayanıqlılığının artırılması istiqamətində təkliflərnəzərdən keçirilib. Dövlət Vergi Xidmətinin Təşkilata rəhbərliyimüddətində həyata keçirilən işlər, strateji inkişaf planları vəperspektivlər müzakirə edilib.

Qeyd olunub ki, əlaqələrin möhkəmləndirilməsi hər iki ölkə üçünvergi sisteminin inkişafı, iqtisadi təcrübələrin və investisiyamühitinin təkmilləşdirilməsi baxımından əhəmiyyət daşıyır. Görüşdəvergi inzibatçılığı sahəsində müştərək təşəbbüslərin artırılmasıüçün mövcud potensialdan istifadənin önəmi vurğulanıb, qarşılıqlımaraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Seçilən
30
5
az.trend.az

6Mənbələr