Rusiya Ukraynanın Rusiya ilə sərhəddə yerləşən Sumı vilayətində yaşayış binasını vurub. Hücum nəticəsində 4 nəfər həyatını itirib, 9 nəfər yaralanıb.
Ukrayna prezidenti Volodimir Zelenski açıqlamasında deyib: “Rusiya gecə saatlarında Sumıya zərbə endirib. Dörd nəfər ölüb. Bir uşaq da daxil olmaqla 9 nəfər yaralanıb. Hadisə yerində xilasetmə işləri hələ də davam edir, dağıntılar təmizlənir və insanlara kömək göstərilir”.
Hücum nəticəsində binadakı 5 mənzilin tamamilə dağıldığı və 20-dən çox avtomobilin zədələndiyi bildirilib.