AZ

Meta Trampa 25 milyon ödəyəcək

ABŞ Prezidenti Donald Trampla Meta arasında baş verən qalmaqal razılıqla yekunlaşıb. Metbuat.az xəbər verir ki, şirkət Trampa 25 milyon avro ödəməyi qəbul edib. Xəbərdə deyilir ki, 2021-ci ildə Konqresə hücum səbəbiylə Trampın “Facebook” hesabı bağlanandan sonra özü də senzuraya məruz qalıb. Bundan sonra, Tramp şirkətə iddia qaldırıb. “The Wall Street Journal”ın yazdığına görə, adı açıqlanmayan mənbələr Trampla Meta arasındakı razılaşmanın təfərrüatlarını təqdim ediblər.

Mənbələr Metanın ödəyəcəyi pulun 22 milyon dollarının Trampın “prezident kitabxanası”na sərf ediləcəyini, yerdə qalan pulun isə bu məsələdə iştirak edən digər şəxslərə və vəkillik xərclərinə ayrılacağını bildirib. “NBC News” xəbər verir ki, Meta federal məhkəməyə Trampa razılığa gəldiyi barədə bildiriş təqdim edib.

Seçilən
18
metbuat.az

1Mənbələr