AZ

Keçmiş prezident rüşvətə görə HƏBS EDİLDİ

Bukmeker şirkətlərindən birinin sabiq baş direktoru Sergey Anoxin 60 milyon rubl (1,04 milyon AZN) məbləğində rüşvət verməkdə ittiham olunur.

Bizim.Media xəbər verir ki, 51 yaşlı funksioner hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və onu 8 ildən 15 ilə qədər həbs gözləyir.

Anoxinin rüşvəti təhlükəsizlik qüvvələrinin nümayəndəsinə verdiyi bildirilir.

Qeyd edək ki, Anoxin 2016-2022-ci illərdə Rusiya Futbol İttifaqının vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü olub. O, həmçinin Moskva Futbol Federasiyası (2013-2022) və “Ximki” futbol klubuna (2020-2021) rəhbərlik edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
8
34
bizim.media

10Mənbələr