Rusiya Federasiyasının Udmurtiya Respublikasının səhiyyə nazirinin müavini Natalya Kropoçeva saxlanılıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə Udmurtiya məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Nazir müavini 1.3 milyon rubl məbləğində rüşvət almaqda ittiham olunur.
İstintaqın məlumatına görə, əvvəllər 2 saylı Şəhər Xəstəxanasının baş həkimi vəzifəsini tutan Kropoçeva cəsədlərin tibb müəssisəsindən daşınması ilə bağlı müqavilənin bağlanmasına köməklik göstərdiyi üçün dəfn xidməti göstərən təşkilatın nümayəndəsindən 1,3 milyon rubl məbləğində rüşvət alıb.
Onun barəsində aprelin 6-dək həbs qətimkan tədbiri seçilib.(Axar.az)