Mark Zukerberq rəhbəri olduğu “Meta” şirkətinin 2021-ci ildə Kapitoliyə hücumdan sonra hesablarını bağladığı Donald Trampın şirkətə qarşı məhkəmə iddiasını həll etmək üçün 25 milyon dollar təzminat ödəməyə razılaşıb. Bu barədə xarici media məsələ ilə yaxından tanış olan üç mənbəyə istinadən məlumat yayıb.
Bu, böyük korporasiyanın prezidentlə hüquqi mübahisəni həll etməsi ilə bağlı ən son hadisədir, habelə “Meta” və onun baş direktoru Mark Zukerberqin ABŞ-ın yeni administrasiyasından dəstək almağa çalışan digər böyük texnologiya şirkətlərinə qoşulduğu bir vaxta təsadüf edir.
Qeyd edək ki, keçən ay “ABC News” telekanalı 15 milyon dollar ödəməyə və Donald Trampın aparıcı Corc Stefanopulosa qarşı açdığı böhtan iddiasını həll etmək üçün ictimaiyyətdən üzr istəməyə razılaşıb. Trampın “CBS News” telekanalına qarşı iddiası isə hələ də davam edir. Siyasətçi bu prosesdə Kamala Harrisin “60 Dəqiqə” verilişinə müsahibəsinin redaktəsi ilə bağlı seçkiyə müdaxilə iddiası ilə əlaqədar 10 milyard dollar tələb edir.
ZÜMRÜD