AZ

Miri Yusif onu şantaj edən şəxsi bağışladı

Xalq artisti Miri Yusifi videolarını yayacağı ilə təhdid edərək, qarşılığında pul tələb edən şəxsin məhkəməsi olub.

Bolgə.TV xəbər verir ki, bununla bağlı Oxu.az-a Miri Yusifin prodüseri, tanınmış teleaparıcı Emin Əfəndi məlumat verib.
“Bir neçə gün əvvəl saxlanılan şəxslə bağlı məhkəmənin ilkin iclası olub. Məhkəmədə həmin şəxsi bağışlamışıq”, – deyə E.Əfəndi bildirib.
Xatırladaq ki, yanvarın 19-da naməlum şəxs Vatsap sosial şəbəkəsi vasitəsilə Emin Əfəndiyə mesaj yazaraq Miri Yusifin videolarını yayacağı ilə təhdid edərək pul tələb etmişdi.
Seçilən
20
9
bolge.tv

10Mənbələr