AZ

“Pozuntularla bağlı müraciətlər var” - MSK sədri

Bələdiyyə seçkiləri ilə bağlı səsvermə keçirilən müxtəlif məntəqələrdə pozuntulara dair müraciətlər daxil olub.

Yenisabah.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 29-da baş tutan bələdiyyə seçkiləri ilə bağlı keçirilən iclasda deyib.

MSK sədri qeyd edib ki, müraciətlər araşdırılacaq.

Qeyd edək ki, yanvarın 29-u Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib, seçici fəallığı 31,45% olub.


Telegram kanalımız
Seçilən
16
8
yenisabah.az

10Mənbələr