Sumqayıt Tibb Mərkəzindən APA-ya verilən məlumata görə Təcili Tibbi Yardım Xəstəxanasına 3 nəfər (qadın cinsli) yerləşdirilib. Onlardan 1998-ci il təvəllüdlü şəxs L1 fəqərəsinin sınığı və aşağı ətrafların parezi, 1984-cü il təvəllüdlü şəxs isə sol bud-çanaq oynağının çıxığı, sağ oturaq, qasıq sümüklərinin sınığı diaqnozları ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyətləri ağır qiymətləndirilir.
Sağ gözətrafı dərialtı hematoma, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi diaqnozları təyin edilən şəxs isə Təcili tibbi yardım şöbəsinə yerləşdirilib və müşahidə altındadır. Vəziyyəti orta ağır dəyərləndirilir.
4 nəfər isə (2 kişi, 2 qadın cinsli) Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Onlardan bud sümüyünün sınığı diqanozu təyin edilən 2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
10Mənbələr
-
news24.azBakı-Quba yolunda AĞIR QƏZA ( 15153775)
-
sia.azBakı-Quba yolunda maşın aşdı - Yaralılar var ( 15154449)
-
bizim.mediaQuba Bakı yolundakı qəzada xəsarət alan 7 nəfərin SON VƏZİYYƏTİ ( 15153909)
-
anews.azBakı-Quba yolunda qəza olub - Yenilənib ( 15153275)
-
Reportyor.tvBakı-Quba yolunda AĞIR QƏZA - Yaralıların sayı açıqlandı / YENİLƏNDİ ( 15153137)
-
sitat.infoBakı-Quba yolunda qəza 7 nəfər yaralandı ( 15153105)
-
poliqon.infoQuba - Bakı yolunda minik avtomobili aşıb, yaralılar var - Yenilənib ( 15153009)
-
bakupost.azBakı-Quba yolunda qəza 7 nəfər yaralandı ( 15152997)
-
missiya.azQuba-Bakı yolunda minik avtomobili aşıb, yaralılar var ( 15152967)
-
demokrat.azQuba Bakı yolunda minik avtomobili aşıb, yaralılar var ( 15152923)