AZ

İsveç Ukraynaya ən böyük yardımını göndərir

İsveç Müdafiə Nazirliyi Ukraynaya 2022-ci ildən bəri ən böyük - 1,23 milyard dollardan çox dəyərində yardım paketinin ayrılmasına qərar verib.


News365.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pol Yunson mətbuat konfransı zamanı bildirib.


“Bu, İsveçdən Ukraynaya 18-ci yardım paketidir. Bu, həm də 2022-ci ilin fevralından İsveçin Ukraynaya verdiyi ən böyük yardım paketidir”, - o əlavə edib.


Nazir həmçinin qeyd edib ki, Ukraynanın uzaqmənzilli raket və dronlarının istehsalına təxminən 90 milyon dollar ayrılacaq.

Seçilən
28
20
news365.az

6Mənbələr