Mediasiya Şurası 2024-cü ilə dair ümumi hesabat ictimaiyyətə təqdim edilib. Bu hesabat çərçivəsində Gəncə 1 saylı Mediasiya Təşkilatının fəaliyyəti ilə bağlı statistik məlumatlar da açıqlanıb.
QHT.az xəbər verir ki, hesabata əsasən, Gəncə 1 saylı Mediasiya Təşkilatına 2024-cü il ərzində ümumilikdə 2603 müraciət daxil olub. Onların kateqoriyalar üzrə bölgüsü belədir:
- Ailə mübahisələri üzrə: 2502 müraciət
- Əmək mübahisələri üzrə: 72 müraciət
- Kommersiya mübahisələri üzrə: 27 müraciət
- Mülki mübahisələr üzrə: 2 müraciət
Tamamlanan işlərin sayı 2491 olub. Bunlardan:
- Xitam verilən və mediasiyadan imtina edilən işlər: 410
- İlkin mediasiya sessiyasında (İMS) bir tərəfin iştirak etmədiyi hallar: 1189
- Tam mediasiya sessiyasına (TMS) keçirilməyən işlər: 543
- Barışıq əldə olunan işlər: 349
Hesabat, mediasiya prosesinin Gəncə 1 saylı Mediasiya Təşkilatında aktiv şəkildə tətbiq edildiyini və ailə mübahisələrinin üstünlük təşkil etdiyini göstərir.
Pərvanə Fərhadqızı