Qrossi Ukraynaya səfər edəcək
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi gələn həftə Ukraynaya səfər etməyi planlaşdırır.Bu barədə MAQATE-nin mətbuat xidməti məlumat yayıb.
"Baş direktor Rafael Qrossi gələn həftə Ukraynaya səfər edəcək və Kiyevdə yüksək səviyyəli görüşlər keçirəcək. Bu müddət ərzində MAQATE-nin hərbi münaqişə zamanı nüvə qəzasının qarşısını almaq üçün davam etdirdiyi səylər müzakirə olunacaq”, - deyə məlumatda qeyd olunub.
www.anews.az