AZ

“Tarixdə bu gün” -“Moskva-Bakı” qatarı partladılıb

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

31 yanvar harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

31 yanvar Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür:

 

1918-1920-ci illərdə Milli Şuranın sədri, Azərbaycan parlamentinin üzvü olan Məhəmməd Əmin Sovet Rusiyasının 1920-ci il aprel çevrilişindən sonra həbs olunub, sonra Stalin tərəfindən azad edilərək Moskvaya aparılıb. 1922-ci ildə mühacirət edən M.Ə.Rəsulzadə Türkiyədə İstambulda “Əsrimizin Səyavuşu” və “Azərbaycan Cümhuriyyəti keçmişdə və indi” əsərlərini yazıb. 1952-ci ildən paytaxt Ankarada onun baş redaktorluğu ilə “Azərbaycan” jurnalı buraxılıb. 

 

Məhəmməd Əmin Rəsulzadə 1955-ci ildə Ankarada vəfat edib və şəhərin Əsri Məzarlığında dəfn olunub.

 

31 yanvar 1902-ci ildə yeraltı təkanlar Şirvanın Şamaxı şəhərini dağıtdı:

 

Təbii fəlakət nəticəsində minlərlə adam həlak oldu, 10 mindən çox insan Bakı və ölkənin digər bölgələrinə köçmək məcbutiyyətində qalıb.  

 

31 yanvar 1905-ci ildə erməni yaraqlıları Cavanşir qəzası ərazisindəki Çıraqlı və Hacıqərvənd kəndlərində faciə törədiblər:

 

Bu kəndlərdən olan 10 nəfər müsəlman qətlə yetirilib.

 

31 yanvar 1991-ci ildə Dağıstanın Temirtau stansiyası yaxınlığında “Moskva-Bakı” qatarı partladılıb:

 

Hadisə nəticəsində 16 nəfər həlak olub, 20 nəfər yaralanıb.

Seçilən
40
17
azedu.az

10Mənbələr