AZ

Ağ Ev bir neçə FTB rəhbərinin istefasını tələb edib

Tramp Administrasiyası FTB-nin rəhbər üzvlərindən istefa vermələrini xahiş edib...

Poliqon xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

ABŞ prezidenti Donald Trampın administrasiyası Federal Təhqiqatlar Bürosunun bəzi yüksək rütbəli əməkdaşlarından istefa və ya təqaüdə getmələrini istəyib”, deyə xəbərdə bildirilir.

Telekanal qeyd edir ki, əks halda Ağ Evdən həmin FTB əməkdaşlarını işdən çıxarılmaqla hədələyiblər.

“Dəyişikliklər FTB rəhbərliyinin fəaliyyəti ilə bağlı davam edən təhqiqatın bir hissəsidir”, deyə telekanal qeyd edir.

Poliqon.info

Seçilən
33
4
poliqon.info

10Mənbələr