Ticarət və Sənaye Nazirliyinin məlumatına görə, dekabrda Yaponiyada pərakəndə satışlar ötən ilin eyni ayı ilə müqayisədə 3,7% artıb.
Yaponiyada işsizlik səviyyəsi 2,5%-dən 2,4%-ə düşüb.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər və Rabitə Nazirliyinin məlumat yayıb.
Eyni zamanda ölkənin İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin məlumatına görə, dekabrda Yaponiyada pərakəndə satışlar ötən ilin eyni ayı ilə müqayisədə 3,7% artıb.
Geyim və aksesuarların satışı 14,2%, yanacaq 5,1%, əczaçılıq və kosmetika məhsulları 4,1%, qida və içkilərin satışı 1,7% artıb. Eyni zamanda avtomobil satışı isə 3,4% azalıb.