Maştağa qəsəbəsində Bakı Bus MMC-yə məxsus marşrut avtobusu qəza törədib.
Publika.az Oxu.az-a istinadən xəbər verir ki, hadisəyə səbəb sürücünün sükan arxasında infarkt keçirməsi olub.
Marşrut avtobusunun qəzaya düşməsinin anbaan görüntüləri də yayılıb.