Hazırda Fransa-Azərbaycan münasibətlərində böhran yaşanır.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun təşkilatçılığı ilə Bakıda keçirilən "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" mövzusuna həsr olunmuş beynəlxalq tədbirin açılışında deyib.
Onun sözlərinə görə, Azərbaycanın bir sıra Avropa ölkələri ilə çox konstruktiv əlaqələri var, amma hazırda Fransa ilə münasibətlərdə böhran yaşanır:
"Təbii ki, bu böhranı yaradan Fransa tərəfidir. Azərbaycan daima BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransa ilə əlaqələr qurmağa çalışır. Bizim Fransa ilə iqtisadi əlaqələrimiz, eləcə də enerji sahəsində əməkdaşlığımız var. İki ölkə arasında münasibətlərin soyumasına səbəb olan faktorlardan biri də erməni diasporudur".
MƏLUMAT YENİLƏNİR...