AZ

Sabah bu küçələrdə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ!

Fevralın 1-də saat 06:00-dan etibarən Bakının Nərimanov rayonunun Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında aparılacaq təmir-tikinti işləri ilə əlaqədar sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

 

Bu barədə Sfera.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verib.

 

Məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir-tikinti işləri bitənədək qüvvədə olacaq.

 

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”,-deyə, məlumatda deyilib.

Seçilən
36
17
sfera.az

10Mənbələr