Avropa Şurası Parlament Assambleyası (AŞPA) Gürcüstan nümayəndə heyətinin aprel ayına qədər məhdud səlahiyyətlərə malik olacağı qətnaməni təsdiqləyib. Sənəddə Gürcüstan hakimiyyətinin aprel ayına qədər yerinə yetirməli olduğu müəyyən şərtlər, o cümlədən “siyasi məhbusların azad edilməsi və yeni seçkilərin keçirilməsi” qeyd olunub.
Qətnamənin qəbulundan sonra Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, parlament çoxluğunun üzvü Tea Tsulukiani bəyan edib ki, “Gürcü arzusu” komandasının ümumi qərarına əsasən, onlar Parlament Assambleyasında fəaliyyətini dayandırırlar, lakin Gürcüstan , bir dövlət kimi Avropa Şurasının üzvü olaraq qalır.
Tsulukiani AŞPA-nın tələblərinin Gürcüstanın suverenliyini pozduğunu vurğulayıb.
Ülviyyə, Hurriyyet.az