NATO adanın statusu ilə bağlı müzakirələri həll etmək üçün prezident Donald Trampa ABŞ-nin Qrenlandiyada hərbi mövcudluğunu genişləndirmək imkanı təklif etmək niyyətindədir...
Poliqon xəbər verir ki, bu barədə DPA Agentliyi məlumat yayıb.
“NATO ABŞ prezidentinə alyansın Arktikada hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirməyi təklif etməyi planlaşdırır”, deyə nəşr yazır.
Qeyd olunur ki, alyans Qrenlandiyanın statusu ilə bağlı müzakirələri bu yolla yatırtmaq istəyir.
Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ Qrenlandiyaya nəzarəti ələ keçirməlidir, çünki Çin Arktikada mövcudluğunu genişləndirmək üçün Qrenlandiyadan öz xeyrinə istifadə edə bilər.
Xatırladaq ki, yanvarın 25-də “Financial Times” qəzeti prezident Trampın Danimarkanın baş naziri Mette Frederiksenlə keçən həftə telefon danışığının dəhşətli keçdiyini yazıb. Nəşr qeyd edib ki, Amerika lideri Danimarkanın adanı satmaqdan və ya təhvil verməkdən imtina etməsinə baxmayaraq, Qrenlandiyanın ilhaqı ilə bağlı niyyətlərinin ciddiliyində israr edib.
Poliqon.info