AZ

Qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar - Vüqar Rəhimzadə

Bakı. Trend:

Artıq son dörd ildir ki, hər bir əlamətdar tarixi günü, bayramıtamamilə fərqli ovqatda, qalib, ərazi bütövlüyü və suverenliyinitam bərpa edən xalq kimi qeyd edirik. Nəzərə alsaq ki, bu gün bəhsedəcəyimiz əlamətdar gün məhz bu tarixi zəfərlərdə xüsusi payı olangənclərimizlə bağlıdır, bu halda daha da qürurlanır, ilk olaraqonların torpaq, Vətən sevgisindən söhbət açmaq istəyirik. Bu günotuz il düşmən işğalında qalan torpaqlarımızı çox qısa müddətdəazad edən rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrundamətanətlə vuruşan, tarixi və dini abidələrimizi yerlə-yeksan edənerməni vandallarını 44 gündə diz çökdürən, kapitulyasiya aktınıimzalamağa məcbur edən Azərbaycan gəncinin günüdür. Azərbaycanınqalibiyyət rəmzi olan üçrəngli Bayrağının bu torpaqlardadalğalanması üçün canından keçən qəhrəman Azərbaycan gənci tarixiZəfərimizlə, suverenliyimizi tam bərpa etməklə xalqımızın nə qədəryenilməz, məğrur xalq olduğunu dünyaya nümayiş etdirdi. Onlar birdaha sübut etdilər ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir.Daim Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdən “Hücum!”əmrini gözləyən gənclərimiz dövlətimizin başçısından 27 sentyabr2020-ci il tarixində aldıqları tapşırığı böyük ruh yüksəkliyi iləqarşıladılar, silaha sarılaraq torpaqlarımızın azad edilməsiuğrunda döyüşlərə başladılar.

Vətən müharibəsinin ilk günündən cəbhədən gələn zəfər müjdələrihər birimizi qürurlandırdı, 30 illik işğala son qoyulacağınaəminliyi artırdı. 44 gündə 30 illik işğala son qoymaq Azərbaycandövlətinin qətiyyətini, xalqımızın dəmir yumruq kimi birliyininümayiş etdirməklə yanaşı, Azərbaycan gəncinin necə vətənpərvər,milli ruhda böyüyən gənclik olduğunu təsdiqlədi. Qəhrəmangənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərləyazdılar. Onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfərölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illikhəsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Tarixi Zəfərimizdənüç il sonra - 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyatakeçirilən bir günlük lokal antiterror tədbirləri nəticəsindəsuverenliyimizin tam bərpa edilməsi gənclərimizinvətənpərvərliyinin, milli qürurunun növbəti təqdimatı oldu. Bu günÜmummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqilAzərbaycan yenilməz Prezident, Müzəffər Ali Baş Komandan İlhamƏliyevin rəhbərliyi ilə Zəfərə imza atmaqla özünü dünyaya qalib,bütövləşən Azərbaycan kimi təqdim edir. Tarixi Zəfərimiz sayəsindəyaradılan yeni reallıqlar ölkəmizin regionda və dünya siyasətindəyerini, mövqeyini möhkəmləndirir, Azərbaycanın qarşısında yeniüfüqlər açır. Dövlətimizin başçısı İlham Əliyev yeni dövrə qədəmqoyan Azərbaycanın qarşısında dayanan hədəflərdən bəhs edərkən daimbu çağırışı səsləndirir ki, gənclərimiz milli ruhda böyüməli,tərbiyə olunmalıdırlar.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar RəhimzadəKİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin“Azərbaycanın gələcəyi indiki gənclərə nəyi və necə öyrətməyimizdənasılıdır” çağırışı bütün dövrlər üçün aktuallığını qoruyur,gənclərimizin məsuliyyət hissini artırır. Ulu Öndər hakimiyyətininhər iki dövründə gənclərə diqqət və qayğını öndə saxlayıb. Hələhakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyinidüşünərək yüksək ixtisaslı kadrların yetişdirilməsinə xüsusi diqqətgöstərdi. Azərbaycan gəncləri keçmiş İttifaqın ən nüfuzlu aliməktəblərində təhsil almağa göndərildi. Azərbaycanı gənclər ölkəsi,gəncləri isə Azərbaycanın gələcəyi kimi dəyərləndirən ÜmummilliLider Heydər Əliyev gənc nəslə qayğısını heç zaman əsirgəmədi. Dahirəhbərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətəqayıdışı ilə gənc nəslə diqqət dövlət siyasətinin əsasına çevrildi.Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətiniəlaqələndirmək məqsədilə Ulu Öndər Heydər Əliyevin 1994-cü ildəimzaladığı Fərman ilə Gənclər və İdman Nazirliyi yaradıldı.Ümummilli Liderin gənclərlə bağlı imzaladığı bir çox sənədlərrespublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakıüçün şərait yaratdı, gənclər siyasətinin məqsəd, prinsip vəistiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etdi.Təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çoxənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi davametdirildi. 1996-cı il fevralın 2-də keçirilən AzərbaycanGənclərinin I Forumunda Ümummilli Lider Heydər Əliyev gənclərqarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hərşeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü,gələcəyi haqqında düşünməlidir.” Ulu Öndərin 1997-ci ildəimzaladığı Fərmana əsasən, I Forumun keçirildiyi tarix, 2 fevralGənclər Günü kimi təsis edildi.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan gənclərinin Vətənəsədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevinazərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir.Dahi şəxsiyyət bildirirdi ki, Azərbaycanın müstəqilliyini,suverenliyini daimi etmək üçün harada yaşamasından asılı olmayaraqbütün dünya azərbaycanlılarından bir amal-azərbaycançılıq ideyasıətrafında sıx birləşmək tələb olunur. Ümummilli Liderin “Mən həmişəfəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”çağırışı hər bir azərbaycanlının həyat amalına çevrildi. Məhzdövlətin gənclərə dəstəyi və qayğısı nəticəsində Azərbaycangəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb və bu gündə artmaqda davam edir.

Milli Məclisin deputatı bildirib ki, son 21 ildən artıq dövrdəUlu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurladavam etdirən Prezident İlham Əliyevin gənclərin inkişafına xidmətedən Fərman və sərəncamları, təsdiqlədiyi Dövlət proqramlarıdavamlılığı ilə diqqətdədir. 2003-cü ildən sonrakı dövrdə Prezidentİlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcudənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi iləbağlı Dövlət proqramları qəbul edildi. 2007-ci il “Gənclər İli”elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildəölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu,Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi, gənclərinxarici ölkələrdə təhsili üzrə Dövlət proqramları qəbul edildi.Dövlət başçısının 2019-cu ildə imzaladığı Sərəncamla “Yüksəliş”müsabiqəsi təsis edildi. Bu müsabiqənin əsas məqsədi intellektualsəviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbərşəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatıbankının yaradılmasıdır. Dövlətimizin başçısının 2019-cu ildəimzaladığı Sərəncama əsasən, gənc vətəndaşların dövlət gənclərsiyasətinin tələblərinə, Ümummilli Lider Heydər Əliyevindövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildəhərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər vərayonlarındakı Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf vəKaryera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinintəmin edilməsi qərara alındı.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, ölkədə könüllülərhərəkatının genişləndirilməsi də dövlətimizin gənclərə diqqət vəqayğısının tərkib hissəsidir. Bu məqsədlə 2009-cu ildə “Könüllüfəaliyyət haqqında” Qanun qəbul edildi. Prezident İlham ƏliyevinSərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan edildi. Könüllülərhərəkatı bu gün cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarınıtəbliğ edir. İnformasiya müharibəsinin ön cəbhəsində duran daAzərbaycan gəncliyidir. Vətən müharibəsi dövründə gənclərimizsosial şəbəkələrdə çox fəal oldular. Əsasən gənclərdən ibarətsosial şəbəkə istifadəçiləri düşmənlə informasiya müharibəsindəüstünlüyü əldə edərək paylaşılan məlumatın həqiqi və təsirliliyinənail oldular.

Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan gənclərinininkişafına Heydər Əliyev Fondunun töhfələri misilsizdir. HeydərƏliyev Fondu gənclərin fərdi və peşəkar inkişafı naminə elm,təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya sahələrinə aidproqram və layihələr hazırlayıb həyata keçirir. Fond gənclərinyaradıcı potensialının, bilik və bacarıqlarının aşkaraçıxarılmasına, qabiliyyətlərinin inkişaf etdirilməsinə yardım edir.Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr uşaq və gənclərinhərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinəxidmət edir. Bu layihələr, həmçinin xarici ölkələrin tanınmışelmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək,ölkənin yaradıcı və elmi potensialının artırılmasına köməkedir.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycanıngələcəyi olan gənclərə diqqət və qayğı davamlıdır. Onlar bu etimadıdoğrultmaq üçün hər bir dövrün çağırışlarına uyğun olaraqüzərlərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirərək müasirmüstəqil, qalib Azərbaycanın daha da qüdrətlənməsinə, yenireallıqların dünya ictimaiyyətinə çatdırılmasına öz töhfələriniverməyə səy göstərirlər. Bu gün Ümummilli Lider Heydər Əliyevinyaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlıuğurlara imza atan Yeni Azərbaycan Partiyasının sıralarında dagənclər böyük çoxluq təşkil edirlər. Onlara burada öz potensialimkanlarını ortaya qoymaq üçün bütün imkanlar yaradılır.Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraqgənclərin dövlət idarəçiliyində irəli çəkilməsi, bələdiyyələrdə,parlamentdə təmsilçilik faizlərinin artırılması da özündə mühümməqamları ehtiva edir. Bir sözlə, Azərbaycan gənci müasirdünyagörüşünə malik, daim yeniliyə, təkmilləşməyə maraq göstərəngənclikdir.

Seçilən
19
2
az.trend.az

6Mənbələr