AZ

Lavrov MDB səfirləri ilə görüşəcək

Lavrov fevralın 3-də MDB ölkələrinin səfirləri ilə 2024-cü ildə əməkdaşlığın nəticələrini müzakirə edəcək.

Fevralın 3-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB ölkələrinin səfirləri ilə 2024-cü ildə əməkdaşlığın nəticələrini və 2025-ci il üçün prioritetləri müzakirə etmək üçün görüş keçirəcək.

Operativ Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Fevralın 3-də Moskvada xarici işlər naziri Sergey Lavrov və MDB-yə üzv ölkələrin Rusiyada akkreditə olunmuş səfirləri arasında ənənəvi səhər yeməyi keçiriləcək ", - o, brifinq zamanı deyib.

 

Seçilən
30
operativmedia.az

1Mənbələr